07 sentyabr 2021 10:10
802

Kevin Medina: Azərbaycanlılar Ronaldunun oynayacağını gözləyirdi

"Azərbaycanlılar Kriştianu Ronaldunun bu matçda meydanda olacağını gözləyirdi. Ronaldu olmasa da, onların başqa istedadlı oyunçuları var".

“İki sahil” xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Kevin Medina Azərbaycan və Portuqaliya milli komandaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "rr.sapo.pt" saytına açıqlamasında deyib.

28 yaşlı müdafiəçi Portuqaliya yığmasının heyətində Brunu Fernandeşin möhtəşəm oynadığını bildirib: "Onu həmişə çox bəyənmişəm. Diequ Jota kimi bir neçə ulduz oyunçu qarşılaşmaya təsir edə bilir. Portuqaliyada çox yüksək səviyyədə futbolçular var. Mən ikisi haqqında danışdım, amma qapıçı da daxil olmaqla digər 9 nəfəri də qeyd edə bilərəm. Ehtiyat oyunçuları da yaxşıdır, çünki meydana kim girsə, eyni səviyyədə iş görəcək".

Medina Azərbaycan millisinin inkişaf etdiyini də sözlərinə əlavə edib: "Artıq Türkiyə və Polşa kimi keydiyyətli çempionatlarda çıxış edən futbolçuları var. Yığmada bir neçə yaxşı oyunçu var. Qapıçı Şahruddin Məhəmmədəliyev, yarımmüdafiəçi Emin Mahmudov və hücumçu Mahir Emrelinin adını çəkə bilərəm. Orta xətdə Qara Qarayev də var. Onlar Portuqaliya üçün təhlükə yara biləcək oyunçulardır".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya görüşü saat 20:00-da başlayacaq.