06 sentyabr 2021 21:27
908

Gimnastımız Sloveniyada dünya kubokunda iştirak edib

2-5 sentyabr tarixlərində Sloveniyanın Koper şəhərində idman gimnastikası üzrə ənənəvi dünya kuboku təşkil edilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, bu yarışda Azərbaycan təmsilçisi, qadın idman gimnastikası üzrə yığma komandanın üzvü Milana Minakovskaya da iştirak edib.

Böyük gimnastlar arasında bu ildən çıxış etməyə başlamış Milana kubokda 2 alət üzrə yarışıb. O, müxtəlif hündürlüklü qollarda 17, gimnastika tirində isə 24-cü olub.