06 sentyabr 2021 16:42
908

"Qəbələ"nin sabiq futbolçusu "Səbail"də

"Səbail" heyətinə yeni futbolçu cəlb edib.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Nikolas Rayselin transferini başa çatdırıb. 28 yaşlı yarımmüdafiəçi ilə 2021/2022 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Raysel ötən mövsüm "Qəbələ"də oynayıb.