06 sentyabr 2021 14:39
1111

Frank Riberi İtaliyada qalacaq

“Bavariya”nın əfsanəvi futbolçusu Frank Riberinin yeni klubu müəyyənləşib.

“İki sahil” xəbər verir ki, fransalı yarımmüdafiəçi karyerasını “Salernitana”da davam etdirəcək.

Ötən mövsümü “Fiorentina”da keçirən 38 yaşlı hücumameyilli oyunçu A seriyasının debütantı ilə anlaşıb. Riberi tibbi müayinədən keçmək və münasibətləri rəsmiləşdirmək üçün Salernoya yollanıb. İtaliya klubu ilə 1 illik müqavilə imzalayacaq veteran futbolçunun maaşı 1,5 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Frank Riberi ötən mövsüm “Fiorentina”nın heyətində 29 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə verib.