06 sentyabr 2021 14:01
865

Dibala "Yuventus"dan 10 milyon avro maaş istədi

“Yuventus” futbolçusu Paolo Dibalanı komandada saxlamaq istəyir.

"İki sahil" İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi argentinalı yarımmüdafiəçiyə yeni 4 illik müqavilə təklif edib.

Müqavilədə Dibalanın maaşı 8,5 milyon avro göstərilib. Ancaq Dibala illik 10 milyon avro maaş istəyir. Hələ ki, danışıqlar davam edir və tərəflərin ortaq məxərəcə gəlib-gəlməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.