06 sentyabr 2021 12:16
850

ABŞ millisinin qapıçısı koronavirusa yoluxub

ABŞ millisinin və İngiltərə “Mançester Siti”sinin qapıçısı Zak Steffen koronavirusa yoluxub.

“İki sahil” xəbər verir ki, bunu yığmanın mətbuat xidməti açıqlayıb.

Qolkiperin testi müsbət nəticə verib. O, DÇ-2022-nin Hondurasla seçmə oyununu buraxmalı olacaq.

Qeyd edək ki, Zak 2019-cu ildən Mançester təmsilçisinin futbolçusudur. O, bir müddət Almaniya “Fortuna”sında icarədə olub.