Belçika millisinin qapıçısı Tibo Kurtua DÇ-2022-nin seçmə mərhələsində Belarusa qarşı keçiriləcək oyunu buraxacaq.
“İki sahil” xəbər verir ki, bunu 29 yaşlı qolkiper UEFA-nın rəsmi saytına açıqlamasında özü deyib. O, "Real"ın qarşıdakı oyunlarına görə Belarusa getməyəcəyini bildirib.
Qeyd edək ki, sentyabrın 8-də keçiriləcək Belarus - Belçika görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.