06 sentyabr 2021 10:48
774

Mançininin İtaliyasından dünya rekordu

İtaliya millisi yeni dünya rekorduna imza atıb.

“İki sahil” xəbər verir ki, komanda buna ötən gün DÇ-2022-nin seçmə mərhələsində İsveçrə ilə heç-heçə etdiyi matçda (0:0) nail olub. Yığma beləliklə, məğlubiyyətsiz oyunlar seriyasını 36-ya çatdırıb. İtaliya millisi bu göstərici ilə dünya rekorduna imza atıb. 

Roberto Mançininin baş məşqçilik etdiyi kollektiv sonuncu dəfə 2018-ci ilin sentyabr ayında Millətlər Liqasında Portuqaliyaya uduzub.

Qeyd edək ki, daha əvvəlki dünya rekordları Braziliya və İspaniya millilərinə məxsus idi (35 matç).