Bu gün futbol üzrə milli komandamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyuna çıxıb.
“İki sahil” xəbər verir ki, yığmamız A qrupunda 5-ci turda səfərdə İrlandiya ilə qarşılaşır.
4+1-ci dəqiqədə Emin Mahmudovun vurduğu qol sayəsində komandamız fasiləyə 0-1 hesabı ilə üstün yollanıb.
87-ci dəqiqədə Daffi hesab bərabərləşdirib – 1-1. Matç bu hesabla da başa çatıb.
Xatırladaq ki, Azərbaycan millisi daha öncə Portuqaliyaya 0:1, Serbiya və Lüksemburqa isə 1:2 hesabı ilə uduzub.
4 sentyabr
20:00. İrlandiya – Azərbaycan - 1:1
Qollar: Emin Mahmudov, 45+1 (0:1), Daffi, 87 (1:1)
Dublin. “Aviva” stadionu