"Qalatasaray"dan ayrılan Radamel Falkao karyerasını La Liqada davam etdirəcək.
“İki sahil” xəbər verir ki, 35 yaşlı hücumçu "Rayo Valyekano" ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Falkao ilə "Qalatasaray" sentyabrın 1-də müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişdi.