Xalqa xəyanətdən formalaşan bu mexanizmin hərəkətverici qüvvəsi erməni sevgisidir
Ermənistandakı siyasi prosesləri izləyən, hələ də meydan eyforiyası ilə yaşayan AXCP sədri Əli Kərimlinin dağıdıcılıq missiyasını həyata keçirən bespridelləri ermənilərdən betər yasa batıblar. Səbəbi də aydındır. Paşinyan- Koçaryan-Sarkisyan triosunun qarşıdurmasından yaranan siyasi gərginliyin əsl səbəblərini araşdıran ermənilər yaxşı bilirlər ki, işi –peşəsi başqa ölkələrdə siyasi gərginlik yaradan, sabitliyin pozulması üçün qüvvələri üz-üzə qoyan dairələrin göstərişi ilə idarə olunan işğalçı ölkənin varlığı belə sual altındadır. Bu hadisələrə erməni baxışının açıqlaması. Ermənilərdən betər erməni təfəkkürlü Əli Kərimlinin də gəmisi qəm dəryasına qərq olub. Dayıları ermənilərdən aldıqları qrantlardan məhrum olacağını düşünən Əli Kərimli yaxşı bilir ki, Ermənistandakı siyasi hadisələri qrant çubuğu ilə idarə edən qoca Sorosun işğalçı ölkədən getməsi onun da əlinin kəsilməsi olacaq. Siyasətə gəldiyi gündən «canımmısan, ya qanımmısan ey, pul» sözlərini beynində dolandırmaqla bu xəyalla da gününü-gün edən « yurd şefi»nin dini, imanı puldur. Əli Kərimlinin bu xasiyyətini tifağı dağılan düşərgədə hamı bilir. İlk günlərdə şirnikləndirib ətrafına topladığı məsləkdaşlarının Əli Kərimlini tərk etməsinin əsasında da onun pula hərisliyi, xarici havadarlarından qopardığı satqınlıq pullarını təkcə həzm-rabedən keçirməsi idi. Ataların söylədiyi «südlə gələn xasiyyət sümüklə çıxar» kəlamı Əli Kərimlinin boyuna biçilib. İcazəsiz keçirmək istədiyi mitinqlərin təşkilində də məqsədi Azərbaycanda siyasi sabitliyin pozulduğu görüntüsünü yaratmaq, qrant qoparmaqdır. Amma Əli Kərimlinin dəyilməyən, əlacsız bir dərdi də sosial dayaqlarının olmamasıdır. Hazırda demək olar ki, pul gücünə yanında saxladığı söyüş dəstəsi olan trollarından başqa üz tutacağı kimsəsi yoxdur. Bu səbəbdən də ermənilərə dayı deyir, Ermənistanın Birinci və İkinci Qarabağ döyüşlərindəki məğlubiyyətlərinə milli kədəri kimi üzülür.
Əslində anti-Azərbaycan dairələrin əlində oyuncaq olan Əli Kərimlinin həmişə qeyri-kafi qiymətləndirilən « siyasi fəalyyəti»nin sonu rüsvayçılıqla sona çatıb. Qanunsuz aksiyalar keçirməklə «çirkli pulların» yuyulması mexanizmini əsas prinsip kimi davam etdirən «islahatçı sədr» heç vaxt Azərbaycanın, xalqımızın qazandığı uğurlara sevinməyib. Əksinə, bütün qələbələrimizə qara yaxmaqla bu fərəhli günümüzə öz keçmişinin prizması ilə baxan və qısqanclıqdan başı pozulan Əli Kərimli sağlam düşüncə tərzindən də məhrumdur. Azərbaycanın faktiki olaraq bölgənin güc mərkəzinə çevrilməsini, Vətən müharibəsindən sonra regionda yeni reallıqların yaranmasında respublikamızın möhkəmlənən mövqeyini, dünyanın diqqət mərkəzində olan ölkəmiz haqqında söylənilən xoş sözləri özünün məhvi kimi qavrayan bu zat nəinki iqtisadi, siyasi, hərbi uğurlarımızı, xalqın yüksələn rifahını belə qəbul etmək istəmir. Süni radikallıq vərdişləri isə daha çox qrant qazanmaq istəyindən qaynaqlanır. Cəmiyyətdə isterik təsir bağışlayan, mənasız təbliğatı ilə nəyə isə nail olacağını düşünən Əli Kərimli kimi «Milli Şura»da toplaşıb antimilli təxribatlarla məşğul olanlar belə Ermənistanın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirirlər. İqtidarda olduqları zamanlarda korrupsiya girdabında boğulan AXC-Müsavat cütlüyünün hakim klanlarının tör-töküntülərinin «süfrə artığı» olan bu korafəhim siyasətçi hələ də dərk etmir ki, sayıqladığı və arzusunda olduğu inqilab dövrü çox-çox uzaqlarda qalıb. Əli Kərimli qatarı isə siyasi perronun son mənzilində əbədi olaraq arxaikləşib .
«Məhz o vaxt faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Çünki onlar üçün hakimiyyətə gəlmək hər şeydən vacib idi. O vaxt müdafiə naziri onların adamı idi, hansı ki, söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq. Bu günə qədər tula kimi orada-burada sülənir. Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, anarxiyanın, özbaşınalığın, hərc-mərcliyin, talançılığın hökm sürdüyü AXC-Müsavat hakimiyyəti dövründəki hakimiyyətsizliyin əsas səbəbkarlarından olan Əlinin və onun kimilərinin xəyanəti üzündən şəhər və kəndlərimiz ermənilər tərəfindən işğal olundu. Bu səbatsız hakimiyyətin satqın kadrlarının ermənilərə satdıqları yanacaqla işləyən erməni tankları Azərbaycan torpaqlarını viran qoydular. «Ona görə, mən deyəndə ki, bunlar xəyanətkardırlar, satqındırlar, düşməndirlər, bax, buna əsaslanaraq deyirəm. Tarixi faktlara əsaslanaraq deyirəm. Onların mənfur xisləti bu gün də özünü büruzə verir. İkinci Qarabağ müharibəsi zamanında da altdan-altdan bizim ordumuza şər ataraq, haqq işimizə şər ataraq düşmənin dəyirmanına su tökdülər. Ona görə bu tarixi bilmədən bugünkü reallığa düzgün qiymət vermək mümkün deyil» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin xəyanəti nəticəsində Şuşa işğal altına düşdü.
30 işğal altında qalan ərazilərimizi, Şuşanı azad edən Milli Ordumuz barədə böhtanlar söyləmək Əli Kərimli kimi şərəfsizlərə yaraşır.
Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyatlar keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etsələr də , şəhidlər verilsə də bu uğurlar Əli Kərimlinin məcazına uyğun gəlmədi. Şuşada dalğalanan Azərbaycan bayrağı belə onun xəyanətə bulaşmış təəssübünü oyatmadı. Şuşada təşkil olunan «Xarı bülbül» festivalı, Azərbaycan –Türkiyə birliyinin rəmzi olan möhtəşəm tədbirləri ermənisayaq seyr edən Əli Kərimlinin gözləri Ermənistana dikilmişdi. Respublikada fəaliyyət göstərən 50-yə yaxın siyasi partiyanın birlik, həmrəylik təşəbbüsünə qoşulmayaraq, birgə Bəyanatı imzalamaqdan imtina edən AXCP- Müsavat funksionerləri bu əməlləri ilə «bizdə köhnə hamam, köhnə tasdır» dedilər. Belə ki, çörəyini yeyib, suyunu içdikləri torpağın qədrini bilməyənlər Ermənistanda yaranan siyasi gərginlikdən narahatdırlar. Çünki deyildiyi kimi, ölkədə nəinki dayaqları, söykənməyə budaqları olmayan, bu xainlərin qranta öyrəşən əlləri də, yaxşını görməyən gözləri də yad ellərə tuşlanıb.
Xuraman İsmayılqızı, «İki sahil»
Rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi əsas hədəflərdəndir - TƏHLİL