20 iyul 2020 15:34
1620

Ermənistanda SES partladı - VİDEO

Ermənitanın Sevan-Hrazdan Su Elektrik Stansiyasında yanğın olub.

Argeldə yerləşən SES binasının qarşısında yerləşən "T-4" hidrotexniki qurğunun 2 güc transformatorunda partlayış səbəbindən yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Transformatorların hər birində 8 ton yağ olub.

Yanğınsöndürənlər yanğının digər 10 transformatora yayılmasının qarşısını alıb. //Publika.az