Kanadanın əsas hava limanlarından olan Vankuver aeroportunda uçuşlar müvəqqəti məhdudlaşdırılıb.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, buna səbəb kiçik ölçülü Cessna 172 təyyarəsinin aeroportun uçuş zolağına yaxınlaşması olub.
Polisin məlumatına görə təyyarə ərazidən uzaqlaşdırılaraq yerə endirilib, pilot saxlanılıb. Təxminən 40 dəqiqə ərzində bütün uçuşlar dayandırılıb, gələn təyyarələr başqa aeroportlara yönləndirilib.