14 fevral 2020 10:41
1938

Heç bunları bilirdiniz?

  • Kitab oxuyarkən hər saniyədə 70 hüceyrə ölür.
  • Həbsxanalarda istifadə olunan elektrik stulu (ölüm hökmü verilən məhkumlar üçün) bir stomatoloq tərəfindən icad olunub.
  • Stalinin 70 illiyinə bağışlanmış hədiyyələrin siyahısı elə uzundur ki, onu qəzetlər 1949-cu ilin dekabrından 1953-cü ilin martınadək dərc etməli olmuşdular.
  • İsti su soyuq sudan daha ağırdır.
  • Həşəratlar yatmır.
  • V.Harvey qan dövranı haqqında kiçik kitabçası üzərində düz 13 il işləmişdir.
  • Bambuk dünyanın ən sürətlə böyüyən bitkisidir, bir gündə 90 sm-ə qədər uzanır.
  • Bir insan həyatı boyunca təxminən 22 kiloqram dəri itirir.
  • Asqırarkən ürəyiniz də daxil olmaqla bütün orqanlarınızın funksiyaları dayanır.
  • Dünyada baş verən müharibələrin əsas səbəbi təbii ehtiyatları əldə etməkdir.
  • Ən çox Oskar qazanan filmlər: “Ben Hur”, “Titanik” “Üzüklərin kralı: Kral qayıdır” fimləridir. Hər biri 11 Oskar mükafatçısı olub. “Ben Hur” bu Oskarları 12 nominasiyadan, “Titanik” 14, “Üzüklərin kralı: Kral qayıdır” filmi isə elə 11 nominasiyadan əldə ediblər.
  • N.Kopernik öz traktatını yaratmaq üçün otuz ildən çox vaxt sərf etmişdir.
  • Səudiyyə Ərəbistanında arvadın ərinə qəhvə hazırlamaması boşanmaya səbəb ola bilir.
  • Balinalar gözləri açıq yatır.
  • Qitə adlarının hamısı eyni hərflə başlayıb, eyni hərflə bitir.
  • Yellənən kresloda heç durmadan yellənmək rekordu 440 saatdır.
  • Rusiyanın dörddə biri meşələrlə örtülüdür.
  • 1932-ci ilin qışı elə soyuq olub ki, hətta Niaqara şəlaləsi bütünlüklə donub.
  • Əgər bir insan fasiləsiz olaraq 8 il 7 ay qışqıra bilsəydi, bir qəhvəni isidə biləcək enerji yarada bilərdi.
  • Pişiklərin hər birinin qulağında 32 əzələ var.
  • Leonardo da Vinçi Mona Lizanın dodaqlarını 12 ilə çəkib.
  • İlk coğrafi atlas e.ə.150-ci ildə alim Ptolomey tərəfindən yaradılıb, 1477-ci ildə Bolonya şəhərində çap edilib.
  • Kərəvəz yeyərkən sərf edilən kalori kərəvəzin içindəki kaloridən daha çoxdur.
  • İtlərin tər vəzləri ayaqlarındadır.
  • Sarışınların saç teli əsmərlərə nisbətən daha çoxdur.
  • Atlar bir aya qədər ayaq üstə qala bilirlər.
  • Uinston Çörçil bir diskotekanın qadın tualetində dünyaya gəlib.
  • Sadəcə donuzlar günəşdən yana bilərlər.
  • Avstraliyadakı restoranlarda unitazın suyu saat əqrəbinə uyğun axır.
  • “OK” sözü dünyada ən məhşur sözdür.
  • Kişi həyatının 3350 saatını üzünü təraş etməklə keçirir.
  • Maksimal sayda krosvordu Adrian Bell hazırlayıb. 1930-cu ilin yanvarından 1980-ci ilə qədər o, “Tayms” qəzetinə 4520 krosvord yollayıb.
  • Dünyadakı piylənmədən əziyyət çəkən insanların üçdə biri inkişaf etmiş ölkələrdə yaşayır.
  • Hər insanın dilinin izi də barmaq izi qədər fərqlidir.
  • Tarakan 250 milyon il yaşasa da, heç bir dəyişikliyə uğramır.
  • Çirkli qar təmiz qardan daha tez əriyir.
  • Timsahlarda rəng korluğu var.
  • Dünyada ən çox işlənən obraz Mikki Mausdur. 7500-dən çox müxtəlif növ firma və ya əşyada ona rast gəlmək olar.
  • Ayı mağaralarının girişi həmişə şimala baxar.
  • İngiltərədə çap olunan ilk kitab şahmata həsr olunmuşdur.
  • Yer fındığı dinamitin tərkib hissələrindən biridir.

Samirə Tağıyeva, “İki sahil”