27 iyul 2018 16:47
1315

İşğalçılıq siyasəti Ermənistanı məhvə aparır

Çürümüş, laxlamış təməl üzərində müstəqil dövlət formalaşdırmaq iqtidarında olmayan Nikol Paşinyan Ermənistanda vəziyyəti sahmana salıb, sələflərinin çirkablarını təmizləməyə çalışsa da özü bataqlığın içərisində “əriyir”. Küçə yürüşləri zamanı erməni xalqına verdiyi vədlərin yerinə yetirilməsinin qeyri-mümkün olduğunu hiss edən Paşinyan özünə imic qazanmaq üçün  korrupsioner hökumətdən miras qalan mənimsəmə, ruşvətxorluq hallarını aşkarlamaqla hakmiyyətdə yerini möhkəmlətməklə vaxt qazanır. Amma göründüyü kimi istəyinə nail ola bilmir. Adı olub, özü olmayan orduda  illərdən bəri kök salan korrupsioner “generallarının” əməllərini ifşa etməklə, oğlunu “təmas xəttinin ən qaynar nöqtələrində xidmətə göndərməklə”  kreslosunu möhkəmlətməyə çalışan Paşinyanın bu “gedişləri” işə yaramır.

“Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb” söyləyən cənab İlham Əliyevin bu xəbərdarlığını anlayan erməni xalqı illərdən bəri üzləşdikləri çətinliklərin hesabını tələb edir. Qısası, kabab iyinə hakimiyyətə gələn Paşinyan uzunqulaq dağlanmasının pis iyini çəkməyə məcburdur.    Ermənistanda vəziyyət olduğu kimi qalır. Dövlətçilik adında heç nəyin olmadığı ölkə iqtisadi böhrandan çıxa bilmir, xalq səfalət içərisindədir. Orduda əsgər ölümlərinin, fərarilik hallarının sayı artır. Qonşularının torpaqlarını işğal edən təcavüzkar dövlətin sərhədlərini qoruyan Rusiyanın Gümrüdəki ordusunun əsgərlərinin təlim adı ilə Panik kəndində yaratdığı  qarışıqlıqdan narahat olan dinc əhali bu günədək Ermənistanın barmaqla sayılan sənaye müəssisələrini inhisara alan havadarlarının qeyri-səmimi münasibətlərinə etirazlarını bildirirlər. Vəziyyətdən çıxış yolunu axtaran Paşinyan ora-bura çabalasa da münaqişənin ən asan ədalətli yolunu görmək istəmir. Ermənistanın baş naziri Nikol Paşinyan “Exo Moskva” radiostansiyasına müsahibəsində bildirir ki,  rusiyalı hərbçilərin Ermənistan-Türkiyə sərhədində iştirakından imtina etmək niyyətində deyil. “Rus sərhədçilər Türkiyə və Ermənistan arasında sərhədi qoruyur və bu, Ermənistana çox lazımdır. Çünki bizim silahlı qüvvələrimiz bu öhdəlikdən azad olunublar. Həmin sərhədə nəzarət bizim üçün ağır yük olardı” deyən Paşinyan bildirib ki, rus sərhədçilər həmçinin, Ermənistan-İran sərhədini mühafizə edir. Rusiyanın 102-ci bazasından danışan baş nazir əlavə edib ki, o, Ermənistandakı təhlükəsizlik sisteminin vacib hissəsidir.” “Vətən sərhəddən başlanır” sözlərinə istinad etsək belə bir mənzərə alınır ki, sərhədini qorumaq iqtidarında olmayan Ermənistan adlı dövlət, vətən yoxdur, işğalçı ölkənin ordusunun varlığı belə şübhəlidir.

Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə yer alan “Ermənistan işğal etdikləri Azərbaycan torpaqlarından qeyd- şərtsiz çıxmalıdır” tələbini də  görməzdən gələrək sələflərindən qalan status-kvonun “əsirinə” çevrilən Paşinyan münaqişənin, daxili problemlərin həlli üçün də “yaşıl işıq” yandıra bilmir.

Arabir eşidilən, heç bir beynəlxalq hüquqa əsaslanmayan bəyanatları ilə daxili əhalini sakitləşdirməyə çalışan işğalçı, oyuncaq hakimiyyətin məmurlarının sayıqlamaları da aksiyaların dayandırılmasına kömək etmir. Başlarından böyük qələtlər edən Ermənistanın, tanınmayan “Dağılq Qarabağ Respublikası”nın başbilənlərinin Azərbaycanın ünvanına yönəltdikləri hədələrə inanmayan, gülən elə ermənilərin özləridir. Kriminal, korrupsioner, qaniçən, yalançı hakimiyyətin sabiq prezidentləri Sarkisyanın, Köçəryanın, oğru generalların tam iflasa uğratdığı Ermənistanın bu vəziyyətə düşməsinin səbəbi işğalçılıq siyasətini davam etdirməsidir. Beynəlxalq təşkilatların Dağlıq Qarabağla əlaqədar qəbul etdikləri qətnamələrə məhəl qoymayan Ermənistanın Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələrindən kənarda qalması bu ölkəni dilənçi vəziyyətinə salıb. Bu rejimin çökməsi, eyni zamanda Azərbaycanın apardığı xarici siyasətin beynəlxalq səviyyədə üstünlüyüdür. Ermənistanın iqtisadi perspektivləri demək olar ki, yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyən çətin ki, tapılsın. Hər il 50-60 min nəfərin tərk etdiyi Ermənistanın demoqrafik vəziyyəti də acınacaqlıdır.

Aprel döyüşlərinə, Günnüt əməliyyatına, Lələtəpəyə özlərinin sonu kimi baxan ermənilər Silahlı Qüvvələrimizin 100 illiyi münasibətilə keçirilən hərbi paradda Azərbaycanın malik olduğu gücün, qüdrətin qarşısında aciz olduqlarını hər an hiss edirlər. Uzun illər ərzində təmas xəttində qurduqları “möhkəm istehkam”la “fəxr etdiklərini” bildirən ermənilərin bu orduları ilə bağlı “qürur” mənbələri də fiaskoya uğradı.

“2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi - bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir. Qarşı tərəf bunu bilir və onların bu gün beynəlxalq təşkilatlara müraciəti, əslində, öz məğlubiyyətlərinin etirafıdır” söyləyən Prezident İlham Əliyevin sözləri Ermənistanın inkişafı barədə boşboğazlıqları ifşa edir.

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi dəyişilməzdir və xalq tərəfindən beynəlxalq səviyyədə dəstəklənir. Böyük qayıdışın müjdəsi olan, dirçəliş rəmzimizə çevrilən Cocuq Mərcanlıda bərpa olunan həyat, Azərbaycan vətəndaşlarını ürəkdən sevindirir, qürurlandırır, erməni vandallarını isə daim qorxu içərisində saxlayır. Sadə erməniləri boş vədlərlə aldadaraq, işğal etdikləri Azərbaycan torpaqlarında yerləşdirməklə işğala haqq qazandırmağa çalışan Ermənistan rəsmiləri bir həqiqəti unudurlar ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tanınmamış separatçı rejimin keçirdikləri seçkiləri, referendumu heç bir dövlət , beynəlxalq təşkilat tanımır. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvəsində qəbul edilmiş qətnamə Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini birmənalı şəkildə dəstəkləməsi o deməkdir ki, işğalçı Ermənistan istəsə də , istəməsə də Azərbaycan torpaqlarını tərk etməlidir. Azərbaycan heç vaxt ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Azərbaycan xalqı tarixi torpaqlarımızı heç vaxt unutmur və unutmayacaq. “Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, ata-baba yurdlarımıza qayıtmaq bizim siyasi və strateji hədəfimizdir və tədricən bu hədəfə yaxınlaşmalıyıq. O ki qaldı Ermənistana, indi hər kəs görür ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib. Gələcəyi bəlli olmayan Ermənistandan fərqli olaraq ölkəmizdə butun layihələr dövlətimizin maliyyə imkanları, gücü, qüdrəti hesabına həyata keçirilir. Ermənistan vətəndaşları etiraf edirlər ki, axırıncı dəfə hansı sosial, iqtisadi yeniliklərin aparıldığını heç kim xatırlamır.

“Ötən illərdə Azərbaycanın Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə təşkil edilmiş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” adlı konfransı xatırlayaq.

Görüşün leytmotivi belə bir tezis idi ki, iki qonşu dövlətin əsas probleminin həlli ilə təkcə hökumətlər deyil, xalqlar da məşğul olmalıdır. Konfransın işində Ermənistan vətəndaş cəmiyyətinin fəalları - jurnalist, “Meridian” qeyri-hökumət hüquq müdafiə təşkilatının sədr müavini Suzanna Caqinyan, Ermənistan “Milli azadlıq hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, hüquq müdafiəçisi, siyasi mühacir Vahe Avetyan münaqişənin danışıqlar yolu ilə həllinə mane olan Ermənistanı günahkar hesab etdilər. Konfransın iştirakçısı Vahe Avetyan yoxsulluq şəraitində yaşayan ermənilərin əhvali-ruhiyyəsini ifadə edərək deyib: “İlahi, əgər sən varsansa, uşaqlarımızın başına gətirdiklərimizə görə bizləri, yaşlıları bağışla. Əgər biz yaşlı nəsillər ölüb gedənə qədər öz səhvlərimizi düzəltməsək, uşaqlarımızı fəlakətdə qoyub gedəcəyik... Ayılın, fikirləşin, ey yaşlılar. İnformasiya və internet əsrində bizdən sonrakı nəslin həyatını yüngülləşdirmək üçün hər cür imkan var.”

Bakıya gələn Ermənistan nümayəndələrinin etiraf etdiyi kimi, işğalçılığı pisləyən ermənilər daim Ermənistanın hakim dairələrinin təzyiqi altında olurlar. Erməni hüquq müdafiəçilərinin etirafları göstərir ki, bəzi ermənipərəst dairələrin hesabatlarında “demokratik, azad ölkə kimi” qələmə verilən Ermənistan, əslində xunta qaydaları ilə idarə olunur.

Suzanna Caqinyan qeyd edib ki, “Artıq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin vaxtı çatıb. Bu münaqişə Ermənistan hökuməti tərəfindən hazırda tətbiq edilən metodlarla deyil, sülh yolu ilə həll edilməlidir.” Hazırda bu fikri Azərbaycandan dəstək göstərilməsini xahiş edən, separatçı rejimin sərt qaydalarından narazı olan, İrəvan ermənilərinin zülmündən əziyyət çəkən, qorxu içərisində yaşayan sadə ermənilər səsləndirirlər.

Çox təəssüf ki, hakimiyyətə gəlmək üçün xalqa xoş gün vəd edən Paşinyan da ölkəni tərk edən Sarkisyan, Koçaryan kimi düşünür. Artıq korrupsioner dövlətin siyasətinin iflasa uğradığını görən, Eçmiədzin kilsəsinin,  bütün ermənilərin katalikosu II Qareginin xalqı məhvə aparan çağırışlarından yorulduğunu bildirən xalq daha güclü aksiyalara başlayır. Din xadimi olsa da, insanlara mərhəmət, səbr, mehriban, dostluq öyrətmək əvəzinə onları qana sürükləyən Qaragenə qarşı etirazlarını bildirən ermənilərin inanıb arxasınca gedəcəkləri rəhbərləri olmadığı kimi, etibar edəcəkləri mənbələri də yoxdur. Yəni daşnak ideologiyasının əsas prinsipləri olan qaniçənliyi, vəhşiliyi, qəddarlığı, faşizmə sadiqliyi genlərində daşıyan ermənilərin məhvə məhkumluqdan başqa yolları yoxdur.

Xuraman İsmayılqızı,

“İki sahil”