08 fevral 2021 12:00
1236

Nəcəfqulu Rəfiyev küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılıb - XƏRİTƏ

Öncədən xəbər verildiyi kimi fevral ayının 5-dən 6-na keçən gecədən etibarən Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Məhdudlaşma fevral ayının 9-u axşam saatlarından aradan qaldırılacaq.

"İki sahil" xəbər verir ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

AAYDA müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.