Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo Azərbaycanın OPEС əməkdaşlığına bundan sonra da töhfə verəcəyinə əmindir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Vyanada OPEC nazirlərinin 4-cü görüşü çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşüb. Görüşdə neft hasilatının artırılması ilə bağlı qəbul olunmuş qərar müzakirə edilib. Neft bazarında tarazlığın bərpa edilməsi prosesində iştirakçıların rolu yüksək qiymətləndirilib. Neftin gələcək illərdə artan tələbatı ödəməsi və enerji balansında mövqeyinin möhkəmlənməsi üçün OPEC formatında əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub. Qəbul edilmiş qərarın icra prosesi ətrafında fikir mübadiləsi aparılıb.
OPEC-in baş katibi Azərbaycanın OPEС əməkdaşlığına bundan sonra da töhfə verəcəyinə əminliyini ifadə edib.
Pərviz Şahbazov söhbət zamanı OPEC tədbirlərindən birinin gələn il Azərbaycanda keçirilməsi təklifini diqqətə çatdırıb. Nazir neft sənayesinin ilkin məkanı kimi Bakıda belə bir tədbirin keçirilməsinin neft ölkələri üçün tarixi bir hadisə olacağını qeyd edib.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir