SOCAR Estoniyadakı ofisini bağlayacaq.
AZƏRTAC Estoniyanın “Äripäev” biznes qəzetinə istinadla xəbər verir ki, SOCAR xərclərin artdığını əsas göstərərək Estoniyadakı əməliyyatlarını dayandıracaq.
Ofis ötən ilin oktyabr ayında İT xidmətləri və əlaqədar fəaliyyətləri təmin etmək məqsədilə açılıb. Ofis rəhbərliyi neft bazarında çətinliklərin xərcləri daha da artdığını bildirib.
Xatırladaq ki, SOCAR ötən il Kanadanın Kalqari şəhərindəki ofisini bağlamışdı.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir