“Brent” markalı xam neftin bir barrelinin bu il üçün orta qiyməti 71 dollar olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında deyilir.
Hesabata görə, “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin bu il 71 dollar, 2019-cu ildə 68 dollar səviyyəsində olacağı nəzərdə tutulur.
Qərbi Texas növü “Light” markalı xam neftin bir barrelinin orta qiyməti cari ildə 64,5 dollar, gələn il isə 2 dollar səviyyəsində olacaq.
“Brent”in gələn il üzrə qiymətinə dair bu proqnoz EIA-nın əvvəlki hesabatındakı proqnozla müqayisədə 2 dollar/barrel çoxdur. EIA “Light”ın qiymətinə dair proqnozunu isə əvvəlki proqnozla müqayisədə bu il üçün 1,5 dollar/barrel azaldıb, gələn il üzrə isə 1 dollar/barrel artırıb.
EIA-ya görə, bazarda diqqət Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrinin nümayəndələrinin iyunun 22-də Vyanada keçirəcəyi görüşə yönəlib: “Rusiya və Səudiyyə Ərəbistanının enerji nazirləri 2017-ci ilin yanvarından bu yana tətbiq edilən neft hasilatının azaldılması üzrə razılaşmanı yenidən nəzərdən keçirəcək. Venesuelada neft istehsalının kəskin azalması və İrana qarşı yenidən sanksiyaların tətbiq olunması nəticəsində əsas neft istehsalçısı ölkələr gələn il hasilatı artıra bilərlər”.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir