SOCAR-ın prezidenti: TANAP yalnız Avrasiya deyil, bütün dünyada həyata keçirilən ən nəhəng layihədir
“XXI əsrin layihəsi” olaraq səciyyələndirilən Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) yalnız Avrasiyada yox, dünyada həyata keçirilən ən nəhəng iqtisadi layihələrdən biridir.
TANAP barədə fikir və mülahizələrini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan bu layihənin bir sıra üstünlükləri var. Enerji təhlükəsizliyi və inkişaf elementlərini özündə birləşdirən TANAP-ın tikintisi qrafiq üzrə, vaxtında və keyfiyyətlə həyata keçirilib.
SOCAR prezidenti deyib: “Əminik ki, TAP layihəsi də nəzərdə tutulan vaxtda istifadəyə veriləcək. Bu xəttin tikintisi qrafiq üzrə həyata keçirilir. 2020-ci ildə TANAP vasitəsilə Azərbaycan qazını bu xəttə ötürməyi planlaşdırırıq”.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir