"Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin reallığa çevrilməsi həm Azərbaycan, həm də Avropa İttifaqı (Aİ) üçün xoşbəxt andır".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Denis Daniilidis deyib.
Onun sözlərinə görə, növbəti addım Trans Adriatik Boru Kəmərinin (TAP) açılış mərasimi olacaq.
D.Daniilidis Cənub Qaz Dəhlizi (CDQ) layihəsinin vaxtında həyata keçiriləcəyinə ümidvar olduğunu da bildirib: "CDQ-nin reallaşdırılmasına şübhəsi olanlar dünən mövqelərini yenidən nəzərdən keçirməli oldular. Bu, həmçinin hər bir tərəfin bu layihənin həyata keçirilməsi üçün səylərini birləşdirməsi üçün siqnal oldu. CDQ Azərbaycanı və Aİ-ni birləşdirən layihədir. Gəlin, bu cür layihələrin çox olmasına çalışaq".
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir