"Cənub Qaz Dəhlizi strateji əhəmiyyətə malikdir və Avropa İttifaqı (Aİ) bu layihəyə dəstək verir".
"Report"un məlumatına görə, bunu "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi" mövzusunda Bakıda keçirilən konfransda Aİ-nin Azərbaycandakı nümayəndəliyinin energetika məsələləri üzrə müşaviri Erik Somelar deyib.
Onun sözlərinə görə, Aİ bu layihənin vaxtında tamamlanmasını dəstəkləyir: "Çünki bu layihə Avropa İttifaqının və onun Balkanlardakı tərəfdaşlarının enerji təhlükəsizliyini təmin edəcək".
E. Somelar həmçinin qeyd edib ki, Azərbaycanın enerji daşıyıcılarının yarısından çoxu Avropaya ixrac olunur, onlardan İtaliya bu daşıyıcılardan 4-5 milyard dollar, Almaniya - 2 milyard dollar, Fransa - 1,5 milyard dollar məbləğində alır.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir