Azərbayan Dövlət Neft Şirkəti (SOCAR) "Dayazsulu Günəşli" və "Neft daşları" yataqlarında neftvermə əmsalını artırmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” konfransında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov məlumat verib.
O qeyd edib ki, hazırda "Dayazsulu Günəşli" yatağında neftvermə əmsalı 0,47, "Neft daşları" yatağında isə 0,45 təşkil edir: "İstismar müddətində "Dayazsulu Günəşli" yatağında neftvermə əmsalının 0,56-ya, "Neft daşları"nda isə 0,50-yə çatdırılması gözlənilir".
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir