"Beynəlxalq Xəzər Neft və Qaz sərgisi artıq 25-ci dəfə keçirilir və bu regionun dünyanın enerji məkanına uyğunluğunu göstərir".
Bunu "Report"a açıqlamasında Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.
"Sərgi maraqlıdır və geniş iştirakçı kütləsinə malikdir. Orada təkcə neft hasilatı ilə məşğul olan deyil, eyni zamanda neft avadanlıqları və xidmətləri təklif edən şirkətlər də iştirak edir", - deyə səfir qeyd edib.
Onun sözlərinə görə, sərgidə Meksika Neft İnstitutunun öz stendi ilə iştirak etməsi vacibdir: "Bu, onu göstərir ki, Meksika artıq burdadır. Hazırda iki ölkə arasında daha çox ticarət və turizm sahəsində əlaqələr mövcuddur. İndi isə növbə neft-qaz sahəsinə çatıb".
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir