SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu üzrə Qəbul Komissiyası tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə “aparatçı”, “elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik”, “kimyəvi analiz laborantı”, “kompressor qurğularının maşinisti”, “təmirçi çilingər”, “avtoyükləyici maşinist” və “NÖC və avtomatika” peşələri üzrə sənəd qəbulu elan edilib.
SOCAR-dan Trend-ə verilən məlumata görə, müsabiqədə yaşı 29-dan yuxarı olmayan, Sumqayıt şəhərində və Abşeron rayonunda qeydiyyatda olan Azərbaycan vətəndaşları və həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri, eləcə də hərbi mükəlləfiyyətli (oğlanlar üçün), minimum tam orta təhsilli gənclər iştirak edə bilərlər.
Sənəd qəbulu elektron formada həyata keçirilir. Müraciət etmək istəyən şəxslər www.socar.az saytının ''Karyera'' bölməsinin “Təlim Mərkəzinə sənəd qəbulu” alt-bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciətlər iyunun 4-dək qəbul ediləcək. Qəbul haqqında suallara [email protected] elektron poçt ünvanına müraciət etməklə cavab almaq olar.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir