Bu il Azərbaycanda neft hasilatı 2,2 faiz artıb, əmtəəlik qaz hasilatı isə 5,8 faiz azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-mart aylarında 11,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox sənaye məhsulu istehsal edilib. Məhsul istehsalı sənayenin neft sektorunda 0,9 faiz artıb. Sənaye məhsulunun 73,5 faizi mədənçıxarma sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 2,2 faiz artıb, əmtəəlik qaz hasilatı isə 5,8 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,7 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,5 faiz azalıb.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir