Bu ilin I rübünün yekununda Səudiyyə Ərəbistanında neft hasilatınən həcmi OPEC anlaşmasında nəzərdə tutulan kvotadan xeyli az olacaq.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu ərəb ölkəsinin energetika naziri Xalid əl-Falih deyib.
Nazir Səudiyyə Ərəbistanının gündəlik neft ixracının həcminin 7 mln. barel səviyyəsində sabit qalacağını da qeyd edib.
"Hazırda bazarın hansı istiqamətdə irəliləməsi ilə bağlı təhlillər aparılır. Yalnız bundan sonra verdiyimiz qərarı açıqlayacayıq. Ola bilər ki, hasilatın azaldılması şərtləri yumşaldılsın. Hesablamalarımıza görə, bu, 2019-cu ildə baş verəcək",- deyə o, əlavə edib.
Bu açıqlama, eləcə də ötən həftənin sonunda Liviyanın gündəlik 70 min barel hasilat gücünə malik olan Əl-Fil yatağında yaranmış problemlər dünya bazarında neftin bahalaşmasına gətirib-çıxarıb. Əmtəə birjalarında "Brent markalı neftin qiyməti 67 dollar/bareli ötüb.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir