“SOCAR Polymer” layihəsi üzrə yüksək sıxlıqlı polietilen qurğusu bu il 20-24 min ton məhsul istehsal edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Polymer” MMC-nin planlama şöbəsinin müdiri Vüqar Aslanov deyib.
“Yüksək sıxlıqlı polietilen qurğusu üzrə işlərin ümumilikdə 87 faizi icra edilib. Qurğu cari ilin sentyabr ayında işə düşəcək. Gələn ildən isə zavodda illik 120 min ton yüksək sıxlıqlı polietilen istehsalı nəzərdə tutulur”, - deyə o əlavə edib.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir