BP-nin keçən ilin dördüncü rübündəki xalis mənfəəti 2,11 milyard ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə BP məlumat yayıb. Şirkətin 2016-cı ilin eyni dövründəki mənfəəti isə 400 milyon dollar olmuşdu.
BP ötən il ümumilikdə 6,2 milyard xalis mənfəət əldə edib. 2016-cı ildə bu göstərici 2,6 milyard dollar idi.
2017-ci ildə BP-nin gündəlik istehsalı 2016-cı illə müqayisədə orta hesabla 12 faiz artıb. Şirkət gündəlik istehsalı ötən il 2,47 milyon barrel olub.
“Bloomberg”in sorğusunda iştirak edən analitiklər şirkətin ötən ilin dördüncü rübündəki xalis mənfəətinin 1,95 milyard dollar olacağını proqnozlaşdırırdı.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir