OPEC monitorinq komitəsi yanvarın 21-də Omanda keçiriləcək iclasda neft hasilatının azaldılması barədə anlaşmadan yumşaq şəkildə çıxışı müzakirə edəcək. "Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı Rusiyanın energetika naziri Aleksandr Novak verib.
"Anlaşmadan çıxmağa hazırlıq gedirmi" sualına Novak belə cavab verib: "Konkret olaraq hazırlıq getmir, ancaq nazirlər bunu müzakirə edir. Əgər konsensus əldə etsək, qərar qəbul edəcəyik". Nazir həmçinin bildirib ki, iclasda neft qiymətləri, neft bazarı və cari tələb-təklif balansı müzakirə ediləcək.
"Qiymətlərə baxacağıq, onların uzunmüddətliliyi və fundamental surətdə bazardakı tələb və təklif nəzərdən keçiriləcək. Düşünürəm ki, Omanda keçiriləcək iclasda bütün bunları müzakirə etməyə vaxt olacaq", - deyə nazir əlavə edib.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir