12 yanvar 2018 14:53
882

Özünü binadan atmaq istədi

Gəncənin Nizami rayonundakı Yeni Gəncə yaşayış massivi ərazisində 30 yaşlarında bir kişi binalardan birinin damına qalxaraq, intihar etmək istəyib.

FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla Gəncə sakini, 1990-cı il təvəllüdlü İsgəndərov İsgəndər Ayət oğlunu fikrindən daşındırmağa nail olub.

Məlumata görə, İ.İsgəndərovun intihara cəhd etməsinə səbəb onun həyat yoldaşının küsüb evdən getməsi olub.