Azərbaycan Qaz İxrac edən Ölkələr Forumu (“Gas Exporting Countries Forum” – GECF) ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
AZƏRTAC GECF-ə istinadla xəbər verir ki, müzakirələr Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Yury Sentyurinin Azərbaycanın Qətərdəki səfiri Tofiq Abdullayevlə görüşündə aparılıb.
Görüş zamanı tərəflər, həmçinin GECF-in missiya və vəzifələri daxil olmaqla bir sıra mühüm məsələləri, eləcə də GECF-in hazırda əsas məqsədlərə nail olmaq üçün həyata keçirdiyi təşəbbüsləri müzakirə ediblər.
Xatırladaq ki, Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş 17-ci iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. Forumun 12 əsas - Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ və 7 müşahidəçi - Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru üzvü var.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir