Azərbaycanın Qaz İxracatçı Ölkələri Forumunun (Gas Exporting Countries Forum (GECF) tam üzv olması üçün yaxşı şansı var.
“Report” xəbər verir ki, bunu qurumun baş katibi Yuri Sentürin "Nefteqazovaya vertikal" nəşrinə müsahibəsində bildirib.
Qeyd olunur ki, baş katib hazırda qurumda müşahidəçi qismində çıxış edən ölkələrlə işləməyi planlaşdırır və onları təşkilatda öz iştirak səviyyələrini artırmaq üçün razı salacağına ümid edir. Sentürinin sözlərinə görə, İraq, Qazaxıstan və Azərbaycanın tam üzv ola bilməsi üçün yaxşı şans var.
GECF dünyanın aparıcı qaz ixracatçı ölkələrini özündə birləşdirən beynəlxalq hökumətlərarası təşkilatdır. Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qətər, Liviya, Nigeriya, BƏƏ, Rusiya, Trinidad və Tobaqo, Ekvatorial Qvineya ona üzv ölkələrdir. İraq, Qazaxıstan, Niderland, Norveç, Oman və Peru müşahidəçi statusuna malikdir. Quruma üzv ölkələr dünya qaz ehtiyatlarının 67%-nə malikdirlər.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir