2018-ci ildə ABŞ-ın neft hasilatı rekord həddə çatacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft istehsalı 2017-ci ildə gündəlik orta hesabla 9,3 milyon barrel olub.
EIA-ya görə, keçən ilin dekabr ayında isə ABŞ-da neft hasilatının gündəlik 9,9 milyon barrel səviyyəsində reallaşdığı nəzərdə tutulur. 2018-ci ildə ABŞ-ın neft istehsalının gündəlik 10,3 milyon barrel olması və 1970-ci ildəki rekord hasilatı - gündəlik 9,6 milyon barreli keçməsi proqnozlaşdırılır. 2019-cu ildə ölkədə neft hasilatının gündəlik orta hesabla 10,8 milyon barrelə çatması və həmin ilin noyabrında isə sutkalıq 11 milyon barreli ötməsi gözlənilir.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir