Nyu-Yorkda "Tramp-tower" göydəlninin damında yanğın baş verib.
Bu barədə "Report" NBC-yə istinadən xəbər verir.
Videogörüntülərdən göydələnin damından çıxan qalın ağ tüstü görünür, lakin bilavasitə alov görünmür.
İlkin məlumatlara görə, yanğına səbəb elektrik xəttində qısaqapanma ola bilər.
Hadisə yerində yanğınsöndürənlər işləyir.
İnsident nəticəsində xəsarət alan olmayıb. Donald Trampın özü yanğın zamanı binada olmayıb.