08 yanvar 2018 19:07
660

MHP-dən Ərdoğana dəstək

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) 2019-cu il prezident seçkilərində namizəd irəli sürməyəcək.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu MHP-nin sədri Dövlət Baxçalı təşkil etdiyi mətbuat konfransında deyib.

“MHP prezidentliyə namizəd irəli sürməyəcək. İnanırıq ki, konstitusiyaya dəyişikliklərdə birlikdə hərəkət etdiyimiz partiya ilə birlikdə nəticə almaq Türkiyənin xeyrinə olacaq. Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyik”, - Baxçalı bildirib.