Millimizin üzvü Araz Abdullayev Kiprin “Anortosis” klubunda daha bir uğurlu oyunu ilə yadda qalıb.
Qol.az-ın məlumatına görə, Kipr çempionatının 19-cu turunda AEK-ə 3:1 hesabı ilə qalib gəldikləri oyunda fəallığı ilə seçilən yarımmüdafiəçi iki məhsuldar ötürmə edib.
Qeyd edək ki, bu qələbədən sonra “Anortosis” xalını 40-a çatdıraraq liderliyə yüksəlib.