Bir-neçə gündür sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən 60 yaşlı Balakənli qadın müəllim Pakizə Mikayılova tez bir zamanda məşhurlaşıb.
"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, P.Mikayılovanın başçılıq etdiyi futzal komandasını çılğınca dəstəkləməsi hər kəs tərəfindən maraqla qarşılanıb. Qocaman müəllimin oyunda göstərdiyi emosiyalar gənclərə də bir stimul olub.