Cari ilin yanvar-noyabr aylarında Bakıda 34 milyon 889 min ton neft və 16 milyard 551 milyon kubmetr əmtəəlik təbii qaz hasil olunub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə paytaxtın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 24,4 milyard manat olmaqla əvvəlki ilin yanvar-noyabr aylarına nisbətən 3,6 faiz azalıb. Sahənin əsas məhsulu olan xam neftin hasilatı 34,9 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 16,6 milyard kubmetr təşkil edib. Neft hasilatı 6,2 faiz, əmtəəlik qaz hasilatı isə 2,2 faiz azalıb.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir