“Neft Daşları”nda 8 meydança estakadadan ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, dəniz mədənlərində əməyin mühafizəsinin gücləndirilməsi üçün SOCAR tərəfindən görülən genişmiqyaslı tədbirlər davam edir. Cari ilin ötən dövrü ərzində “Neft Daşları”nda 8 meydança zərurət yarandığı üçün estakadadan ayrılıb, 2 ədəd meydançalararası estakada kəsilərək ləğv edilib.
Eyni zamanda, N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) də 8 meydança birləşdiyi estakadalardan ayrılıb. Bununla da, neftçilərin təhlükəsiz iş rejimi daha da gücləndirilib, hidrotexniki qurğuların istismar müddəti artırılıb.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir