Bu günlərdə Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiya və yenidənqurma işləri layihəsi çərçivəsində inşa olunan yeni bitum qurğusunun əsas avadanlıqlarından olan "Bituroks" reaktoru quraşdırılıb.
“Report” xəbər verir ki, avadanlığın uzunluğu 25 m, çəkisi isə 65 tondur.
Qeyd edək ki, BNEZ-in yenidənqurma və modernizasiyası layihəsinin üç mərhələdə (bitum, dizel və benzin) icrası nəzərdə tutulub. Zavodda modernizasiya və yenidənqurma işlərindən sonra emal gücü hazırkı illik 6 mln. tondan 7,5 mln. tona çatdırılacaq. Hazırda zavodda illik istehsal gücü 400 min ton yeni bitum qurğusu inşa olunur və qurğu gələn ilin III rübündə istifadəyə veriləcək. Dizel mərhələsinin 2020-ci il noyabrın 30-da, benzin mərhələsinin isə 2021-ci il fevralın 28-də yekunlaşacağı gözlənilir.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir