Avstriyanın qazpaylayıcı habı Baumqartendə baş verən partlayışdan sonra Rusiyanın “Gazprom export” şirkəti qaz axınının yenidən paylanması üzərində çalışır.
“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilir ki, şirkət bu istiqamətdə müştərilərinə fasiləsiz qaz tədarükü üçün əlindən gələni edir.
Qeyd edək ki, bu gün səhər Avstriyanın Baumqarten şəhəri yaxınlığında qazpaylayıcı mərkəzdə güclü partlayış baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Baumqarten qaz paylayıcı mərkəzi Avropanın üç qazpaylayıcı mərkəzindən biridir. Mərkəz Avstriyanın Slovakiya ilə mərkəzində yerləşir. Qərbi Avropaya nəql olunan Rusiya qazının 1/3-i bu mərkəzdən bölüşdürülür.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir