Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 174-cü iclası 2018-ci ilin iyununda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb. Bildirilir ki, OPEC Nazirlər Şurasının 174-cü iclası 2018-ci il iyunun 22-də Avstriyanın paytaxtı Vyanada təşkil ediləcək.
Xatırladaq ki, ötən gün Vyanada baş tutan OPEC Nazirlər Şurasının 173-cü və OPEC ölkələrin 3-cü iclasları çərçivəsində neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha 9 ay - 2018-ci ilin sonunadək uzadılması barədə qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.
Bu il mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC dövlətləri arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunmuşdu.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir