Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyi Etilen-Polieliten Zavodunun ərazisində yeni anbarların inşasına başlayıb.
“Report” xəbər verir ki, bu barədə zavodun direktoru Oqtay Niftəliyev bildirib.
Onun sözlərinə görə, anbarlar etilen və propilenin saxlanması üçün inşa olunur. Zavodun direktoru hər birinin tutumu 2 500 ton olan 4 anbarın inşa olunacağını qeyd edib. “Ümumilikdə anbarlar 5 min ton etilen, 5 min ton propilen olmaqla, 10 min ton həcmində məhsul saxlayacaq".
"Bu anbarların inşasında əsas məqsəd “SOCAR Polymer”in hazırda inşa olunan zavodlarını xammalla təmin etməkdir”, - deyə müəssisə rəhbəri əlavə edib.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir