Bu gün Vyanada keçirilən OPEC sammiti formal olaraq bitməsə də, anlaşmanın 9 ay uzadıldığı bildirilir. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinə adının açıqlanmasını istəməyən sammit iştirakçılarından biri məlumat verib.
Məlumata görə, anlaşma 2018-ci ilin sonuna qədər uzadılıb. 2018-ci ilin ortalarında anlaşmanın reallaşmasını müzakirə etmək üçün növbəti iclas keçiriləcək. Rusiya anlaşmanın 9 ay uzadılması təklifini dəstəkləyib.
S.Ərəbistanı 2018-ci ilin iyun ayında növbəti sammitin keçirilməsini təklif edib. Bununla yanaşı, S.Ərəbistanı OPEC ölkələrinə izafi neft ehtiyatları barədə xəbərdarlıq edib. Cari templərlə 2018-ci ilin II və ya III rübündə neft ehtiyatlarının azalacağı bildirilir. İclasda hasilat kvotalarından əlavə azalma təklif olunmayıb.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir