23 noyabr 2017 14:47
810

"Qarabağ" "Çelsi"yə uduzdu, xoreoqrafiyası göz oxşadı

Bu gün Çempionlar Liqasının qrup mərhələsində beşinci tura yekun vurulacaq.

Qol.az-ın xəbərinə görə, turnirdəki təmsilçimiz “Qarabağ” öz meydanında “Çelsi”ni qəbul edib. Ağdam klubu 0:4 hesabı ilə uduzub.

Bununla da təmsilçimiz qrupdan çıxmaq şansını itirib. "Çelsi" isə bu qələbə sayəsində 1/8 finala yüksəlib.

Bu arada, “Qarabağ” – “Çelsi” matçının başlamasına 7-8 dəqiqə qalmış nəhəng xoreoqrafiya açılıb.

Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada açılan xoreoqrafiyada böyük hərflərlə Qarabağ və Azərbaycan sözləri yazılıb.Xoreoqrafiya mərkəzi tribunada nümayiş olunub və 20 min azarkeşi əhatə edib.

 Xoreoqrafiyada ingiliscə  “Far away from home but where you belong” sözləri yazılan böyük pankart da açılıb. Yəni “Evdən uzaq, amma aid olduğun yer”… Bu cümlə ilə də dünyaya Ağdamın işğal altına olması, bu səbəbdən “Qarabağ”ın doğma yurdundan didərgin düşməsi mesajı verilib.

Qeyd edək ki, Qurban Qurbanovun komandası ÇL-in qrup mərhələsində sonuncu oyununu səfərdə "Roma"ya qarşı keçirəcək.

Çempionlar Liqası, V tur

22 noyabr


C qrupu

21: 00. “Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə) - 0:4
Qollar: Eden Hazard, 21-pen, Villian, 36, Fabregas, 73-pen, Villian, 85
Qırmızı vərəqə: Rəşad Sadıqov, 19 ("Qarabağ")
Baş hakim: Manuel De Souza
Baş hakimin köməkçiləri: Alvaro Meskuita, Rikardo Santos
Dördüncü hakim: Nuno Pereyra (hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu