Bu gün Boliviyanın Santa-Kruz şəhərində Qaz İxracatçı Ölkələri Forumunun (Gas Exporting Countries Forum (GECF) IV sammiti öz işinə başlayacaq.
"Report" xəbər verir ki, sammit noyabrın 24-ə qədər davam edəcək.
On iki ölkənin energetika naziri enerji bazarlarındakı vəziyyəti müzakirə etmək, qazın dünya energetikasındakı rolunu müəyyən etmək və enerji sahəsində əməkdaşlığı davam etdirmək məqsədi ilə bir araya gələcəklər.
GECF dünyanın aparıcı qaz ixrac edən ölkələrini özündə birləşdirir. Təşkilat ölkələri dünya qaz ehtiyaclarının 67 faizinə sahibdir. Təşkilata Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qətər, Liviya, Nigeriya, BƏƏ, Rusiya, Trinidad və Tobaqo, Ekvatorial Qvineya daxildir. İraq, Qazaxıstan, Niderland, Norveç, Oman və Peru müşahidəçi ölkələrdir.
GECF sammiti iki ildən bir keçirilir.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir