OPEC ölkələri bu ilin oktyabr ayında gündəlik neft hasilatını 150,9 min barel azaldaraq 32,589 mln. barelə endirib ki, bu da hasilatın azaldılması ilə bağlı anlaşmaya (OPEC ) 105% əməl olunması deməkdir.
“Report” xəbər verir ki, bu barədə OPEC-in açıqlamasında bildirilir.
Məlumatda qeyd olunur ki, hasilatın azaldılması daha çox İraq, Nigeriya, Venesuela, Əlcəzair və İranda qeydə alınıb.
Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın “LUKoil” şirkətinin rəhbəri Vahid Ələkbərov bəyan edib ki, OPEC anlaşması ilə neftin qiyməti ən yaxşı halda 70 dollar/barelə çata bilər.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir