06 noyabr 2017 21:20
681

“iPhone X” nə qədər dözümlüdür?

Bloggerlər adətləri üzrə yeni “iPhone X” smartfonunun möhkəmliyini və dözümlülüyünü yoxlayıblar. 

İKT.lent.az-ın xəbərinə görə, aralarında “JerryRigEverything” və “EverythingApplePro” kimi populyar “YouTube” kanallarının müəlliflərinin də olduğu videoblogerlər “iPhone X”un ilk kraş-testlərinin videolarını yayıblar. 
 
Videolarda görünür ki, cihazın dözümlülüyünü yoxlamaq üçün onu suya atır, yerə çırpır və xüsusi alətlərin təsirinə məruz qoyurlar. 
 
Videolar yüz minlərlə baxış toplayıb.