06 noyabr 2017 17:11
895

Din xadimindən İYRƏNC SÖZLƏR

Misirdə bir din xadimi müsəlman kişilərin qeyri-qanuni doğulan qızları ilə evlənə biləcəklərini deyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Əl-Azhur Universitetində işləyən sələfi din xadimi Mazen Əl Sersavi bu açıqlamanı verib.

Onun sözlərinə görə, qeyri-qanuni doğulan qız uşağı atalarının soyadını daşımır və buna görə də həmin uşaq atanın qızı hesab edilmir.

Din xadiminin bu açıqlaması sosial mediada böyük etiraza səbəb olub. Bu etirazlardan sonra o təkrar açıqlama verərək “uşaqlara bir zərər vermədiyi halda evlənmələri yanlış deyil” deyə əlavə edib. O, həmçinin qız uşaqlarının evlənməsi üçün bir yaş müəyyən edilmədiyini də vurğulayıb.